Qubada yeyib-içmək məclisi təşkil edərək karantin qaydalarını pozan beş gənc saxlanıldı

17:00 20-04-2020 494

Ölkə ərazisində xüsusi karantin rejiminin elan edilməsinə baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına hələ də rast gəlinməkdədir.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Quba rayonu İkinci Nügədi kəndinin beş sakini kənd ərazisində yerləşən Çənlibel gölü ətrafında toplaşaraq, yeyib-içmək məclisi təşkil edib.

Elan edilmiş xüsusi karantin qaydalarını pozan şəxslər ərazidə xidmət aparan Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətiriliblər. Burada onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək, 100 manat məbləğində cərimə edilib.