Koronavirus səbəbindən turistlər Hindistanda bir ay mağarada qalmalı olublar

06:40 21-04-2020 29

Aprelin 20-i yerli polis Hindistanın şimalında mağaralarından birində bir qrup turist aşkar edib.

“Metro” xəbər verir ki, Ukrayna, ABŞ, Fransa, Türkiyə və Nepal vətəndaşı olan dörd kişi və iki qadın cari ilin martın 24-dən orada məskunlaşıblar.

Onlar Uttarakhand ştatının Muni-Ki-Reti şəhərində yerləşən mehmanxanalardan birində qalırmışlar. Sonra pulları qutardıqda turistlər karantin səbəbindən ölkələrinə qayıda bilməyiblər.

Onlar yaxınlıqdakı mağaraya məskunlaşaraq qalan pula ərzaq alıblar. Ərzaqları bir təhər bölüşdürərək bir ay ərzində qidalanıblar.

Turistləri aşkar edən polis onları 14 günlük şəhərdə yerləşən aşrama – dini icmaya göndərib.