ABŞ-da sürücü tornadoya düşdü və sağ qaldı – VİDEO

08:20 21-04-2020 590

ABŞ-ın Alabama ştatında gözlənilmədən tornadoya düşən sürücü sağ qalmağı bacarıb.

“Daily Star” xəbər verir ki, amerikalı evə gedərkən hava birdən-birə pisləşməyə başlayıb.

Yağan yağış leysanla əvəzlənib, qabaqda isə tornadonun xortumu peyda olub. Sürücü ehtiyat edərək maşını saxladıqda isə avtomobilə ağacın qırılan budağı dəyib.

Qeyd etmək lazımdır ki, təbiət hadisəsinin içinə düşən amerikalı diri qalmağı bacarıb.