Pulları yuyucu tozla yuyub, sonra müştəriyə qaytarır - VİDEO

16:40 22-04-2020 528

Türkiyənin Zonquldak şəhərində dükan sahibi müştərilərdən aldığı qəpik və əskinasları yuyucu tozla yuduqdan sonra qurudub kassasına yığır.

“HaberGlobal”ın verdiyi məlumata görə, 45 yaşlı Hakan Oğuz Durukan bunu özünü və müştərilərini koronavirusdan qorumaq məqsədilə etdiyini bildirib.

O, kassanı şəffaf sellofana büküb, dükanını isə dezinfeksiyaedici vasitələrlə tez-tez silir.

Dükan sahibinin bu hərəkəti müştərilər tərəfindən böyük rəğbətlə qarşılanır.