Nazim Babayev bu dəfə Avropa ikincisi oldu

22:00 14-07-2019 644

İsveçin Yevle şəhərində keçirilən 23 yaşadək atletlərin (U-23) Avropa çempionatında Azərbaycan təmsilçisi Nazim Babayev gümüş medal qazanıb.

HerGun.Az-ın xəbərinə görə, üç təkanla tullanma üzrə idmançımız 17,03 nəticə göstərib.

O, yalnız Türkiyə atleti Necati Ərdən geri qalıb.

Qeyd edək ki, bu ay Universiadanın ikinci dəfə qalibi olmuş Nazim Babayev iki il əvvəl U-23 Avropa çempionatında qızıl medal qazanmışdı.