Cəliabadda enerji oğurluğu-“Azərişıq” ASC-nin işçiləri sayğaclara müdaxilə edirlər

22:35 14-07-2019 862

“Azərişıq” ASC-də rəhbərlik dəyişsə də, iş prinsipləri dəyişməyib. Yenə çoxsaylı korrupsiya faktları haqda məlumatlar gəlir.
Maraqlı odur ki, adi abonetin 50 manatdan yuxarı borcu yaranan kimi elektrik enerjisindən ayırma hədələri gəlir. Sayğaca müdaxilə də isə sərt cəzalar, cərimələr tətbiq ediulir.
Bəzən “Azərişıq” ASC-də işləyən vəzifəli şəxs sayğaca müdaxilə edərək dövlətdən külli-miqdarda oğurluq edilməsinə şərait yaradır.
Xeberfakt.az bildirir ki, Cəlilabad rayon idarəsinin Enerji satışı və Balans uçotu şöbəsinin ali təhsilsiz rəisi Məmmədov Həbib Qulu oğlunun vəzifə səlahiyyətlərindən istifadə etməsi, Azərbaycan Respublikasinin qanunlarını kobud şəkildə pozub ona həvalə olunan dövlət əmlakını talaması haqda mənim Kamran Ağayev adlı işçi tərəfindən əldə olunan fakt-sübütla təsdiq olunub.
Ağayev Azərbaycan Respublikasının Baş Prokrorluğu yaninda Korrupsiya Qarşi Baş Mubarizə idarəsinin 161-çağrı mərkəzinə və “ Azərişıq” ASC-nin Dövlət Enerji Nəzarəti Departamentinə oğurluq faktı məlumat verib.. “Azərişıq” ASC-nin Dövlət Enerji Nəzarəti Departamentinin əməkdaşları Elgün Qafarov və Zamin Quliyev adlı əməkdaşı Ağayevin iştirakı ilə Cəlilabad rayon, Uzuntəpə kəndində yerləşən “FURQAN” market adlanan, iri tutumlu obyektə baxış keçiriblər. Həmin zaman obyektin uçot nöqtəsinin düzgün olmadığı, kobud şəkildə pozulduğu və elektirik xəttin birbaşa sayğacsız obyektə qoşulduğu aşkar olunub

O da məlum olub ki, 3-aydır həmin obyektə elektirik enerjisi haqda sərfiyyat (bildiriş) verilmir və istifadə olunmuş enerjinin dəyəri ödənilməmişdir.
Əməkdaşlar tərəfindən axan enerjiye görə 48.6 klovat güc müəyyən olunaraq itirilmiş enerjinin bərpası barədə akt tərtib olunub.
Kamran Ağayev deyir ki, Azərişiq ASC-nin Cəlilabad rayon Balans uçotu şöbəsinin rəisi Məmmədov Həbib Qulu oğlu bilərəkdən obyektin elektirik sayğacını yandıraraq siradan çixarıb və yeni sayğac quraşdırılmasını təmin etməyib.
Həmin obyektin sahibindən sərf olunmuş elektirik enerjisinin haqqını rüşvət olaraq mənimsəyib.
Kamran Ağayev Baş Prokurluğa müraciətində bildirir ki, bu cür faktlar Cəlilabad rayonunda çoxdur, Qeyri-Əhali sektorunda obyektiv araşdirma aparilsa Məmmədov Həbib Qulu oğlu tərəfindən dövlətə nə qədər ziyan vurulması aşkar olunacaq.