“Real” atasına və agentinə görə Holandı almaqdan imtina etdi

08:40 25-04-2020 399

“Real” yay transfer pəncərəsində “Borussiya”nın hücumçusu Erlinq Holandı almaqdan imtina edib.

Bu barədə “Daily Mail” yazır.

Bildirilir ki, buna transferin baş tutacağı halda futblçunun agenti Mino Rayoleyə, həmçinin atasına böyük məbləğdə ödənişin edilməsi səbəb olub. “Kral klubu” Holandın bir idmançı kimi imkanlarını yüksək qiymətləndirsə də, yayda Holandı almaqdan imtina etməyə məcburdur.

Hazırda norveçlinin qiyməti 75 milyon avro təşkil edir. Lakin bir müddət öncə bildirilib ki, koronavirus pandemiyası ilə bağlı Avropa futbolundakı fasilədən sonra bu məbləğ azalacaq.