Həbib Nurməhəmmədovun atası koronavirusa yoluxub?

13:20 26-04-2020 409

UFC üzrə dünya çempionu, rusiyalı Həbib Nurməhəmmədovun atası və məşqçisi, 57 yaşlı Abdulmanap Nurməhəmmədov sətəlcəm şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

HerGun.Az xəbər verir ki, bunu Abdulmanap “RB idman” nəşrinin müxbiri ilə söhbətində açıqlayıb.

Onun da koronavirus testindən keçdiyi bildirilir.

Məşhur şərhçi Ramazan Rabadanov Abdulmanapın xəstəxanaya yerləşdirilməsi barədə bunları söyləyib:

“Abdulmanap Mahaçqaladakı ikinci şəhər xəstəxanasında yatır. O, dağlarda olan zaman xəstələnib. İki gün orada gəzdi, qardaşları onu xəstəxanaya getməyə çətinliklə inandırdılar. Koronavirusa yoluxduğu hələ ki təsdiqlənməyib. Onun yanına heç kim buraxılmır”.

Rəşad Əliyev