Rafael Ağayev ilk dəfə çəkindiyi rəqibin adını açıqladı - FOTO

21:40 26-04-2020 392

Karate üzrə beşqat dünya çempionumuz Rafael Ağayev ilk dəfə ən çəkindiyi rəqibin adını açıqlayıb.

HerGun.Az-ın xəbərinə görə, o, ukraynalı karateçi, ikiqat Avropa çempionu Anjelika Terlyuqa ilə canlı “İnstagram” bağlantısında bu sirri açıb.

Dünya çempionumuz bildirib ki, İrandan olan, milliyyətcə azərbaycanlı, dördqat dünya və dördqat Asiya çempionu Bəhmən Əsgəri Qönçə onun üçün narahat rəqibdir:

“O, çox uzundur. Boyu mənimkindən hündürdür. Ucaboy olduğu üçün qolları da uzundur. Bu üzdən çalışıram ki, onunla döyüşəndə çox yaxın olmayım. Çünki əlləri ilə məndən asanlıqla xal ala bilər. Bəhmən mənim üçün uğursuz rəqibdir”.

Rafael Ağayev digər maraqlı məsələlərə də toxunub: “Facebook”a çox girmirəm. Heç öz şifrəmi bilmirəm. Amma daha çox vaxtımı “İnstagram”da keçirirəm. İngiliscə bilmirəm. Mənə yazılanları dostuma tərcümə etdirirəm. Amma bəzən ərəbcə yazırlar, başa düşmürəm. Mənə Braziliya, Meksika kimi ölkələrdən yazıb fanatım olduqlarını deyirlər. Cazz və repə qulaq asmıram. Çünki bu janrı başa düşmürəm. Amma rus, türk, ərəb pop musiqilərinə qulaq asıram”.