Rafael Ağayev italiyalı rəqibi ilə birgə dərs keçəcək - FOTO

10:40 28-04-2020 497

Karate üzrə dünya çempionları Rafael Ağayev və italiyalı Luici Buza mayın 3-də birgə onlayn dərs keçəcək.

HerGun.Az-ın xəbərinə görə, beşqat dünya və 11 qat dünya çempionumuz R.Ağayev L.Buza ilə idmansız günlərini “Instagram” hesabında hiss etdirməməyə çalışacaq.

İkiqat dünya və beşqat Avropa çempionu Luici Buza bu barədə belə deyib:

“Koronavirus pandemiyası ilə əlaqədar biz birgə nəsə etmək qərarına gəldik. Bütün karate cəmiyyətinə, İtaliya və Azərbaycandakı bütün docolara (karate məktəbləri) və karateçilərə dəstəyimizi nümayiş etdirmək üçün bunu həyata keçirəcəyik - biz öz “Instagram” profillərimizdə onlayn dərslər keçəcəyik.

Bu dərslər tamamilə pulsuz olacaq. Biz bununla hər kəsin bu çətin dövrdə motivasiyasının və arzularının ölməməsinə çalışırıq. Mayın 3-ü, bazar günü tatamidə eyni vaxtda birgə çıxış edəcəyimizi gözləyin. İtaliya vaxtı ilə saat 15:00-da, Azərbaycan vaxtı ilə saat 17:00-da dərsimiz başlayacaq... Gözləyə bilmirik”.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Due to the situation we’re going through, LUIGI BUSÀ AND RAFAEL AGHAYEV have decided to do something togheter, in order to show our support to the whole karate community, all dojos and karatekas in Italy, Azerbaijan, and around the globe: we’ve been setting up a ON LINE LESSON course on our Instagram profiles. Such lessons are gonna be completely for free, since we’re doing this to keep everybody’s motivation and dreams alive in this difficult period, waiting for the time when we could be stepping on the tatami togheter back again SUNDAY 3 MAY 2020 START TIME 3.00 PM IN ITALY AND 5PM IN AZERBAJAN .... CAN’T WAIT. #webinar #karate #seminar #online #respect

A post shared by Luigi Busà (@luigibusa1) on

Qeyd edək ki, hər iki idmançı 75 kq çəki dərəcəsində çıxış edir və bir-birinin rəqibidir. R.Ağayev və L.Buza Tokio Olimpiadasına reytinqlə lisenziyanı vaxtından əvvəl təmin ediblər.

Səbuhi Musayev