Fransa çempionatında cari mövsüm ləğv olundu

19:00 28-04-2020 389

Koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan futbol üzrə Fransa çempionatı ilə bağlı qərar verilib.

Fransanın Baş naziri Eduar Filipp deyib ki, cari mövsüm davam etdirilməyəcək. 

Ölkədə sentyabr ayına qədər bütün idman yarışları təxirə salındığından bu cür addım atılıb. Qərar Liqa 1-lə yanaşı, Liqa 2-yə də aiddir.

Fransa Futbol Federasiyası bu yaxnlarda iclas keçirəcək və orada avrokuboklara yollanacaq komandalar müəyyənləşəcək.