“Survivor”da baş verən davaya görə “TV8”i cəzalandırdılar

12:20 01-05-2020 609

TV8-də yayımlanan və reytinqləri alt-üst edən “Survivor” realiti-şousu Türkiyə Radio və Televiziya Şurası (RTÜK) tərəfindən cəzalandırılıb.

HerGun.Az xəbər verir ki, sözügedən veriliş ekran önündə uşaqların da olduğu bir saatda iştirakçıların təhqiramiz və etikadan kənar əl hərəkətlərinin və bitib-tükənməyən davalarının yayımlanması səbəbindən böyük məbləğdə cərimələnib.

Qurum, ümümilikdə, dörd kanal və iki radionu (“Halk TV”, “Fox TV”, “Tele 1”, TV8, “Radyo Spor” və “Kafa Radyo”) cəzalandırıb.

Rəşad Əliyev