Hacıqabulda çətənə yetişdirən şəxs tutuldu

00:00 02-05-2020 557

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən Atbulaq kənd sakini Nuran Baxşaliyev saxlanılıb.

N. Baxşaliyevə məxsus evin həyətyanı sahəsinə baxış keçirilən zaman həmin ərazidə aqrotexniki qaydada qulluq edilmiş 30 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülüb. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.