Kəmaləddin Heydərovun oğlunun nəşriyyatı Heydər Əliyevin ittiham olunduğu kitabı çap edib?

14:40 15-07-2019 2063

Şair Elşad Barat “Teas press” Nəşriyyatını ittiham edən status paylaşıb.

AzToday.az xəbər verir ki, Elşad Barat Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məxsus nəşriyyatın Heydər Əliyevi ittiham edən kitab nəşr etdiyini bildirib.

Həmin statusu olduğu kimi təqdim edirik:

“Mən bir jurnalistəm və həmişə məndə suallar yaradan məsələlərə işıq tutmağa çalışmışam. Hazırda bir kitab haqqında suallar beynimi deşir və bu ciddi məsələni sizlərlə bölüşürəm. Fikirlərinizi bilmək istəyirəm. Deməli, dünən parkda dostumu gözləyirdim, kirli və köhnə paltarda bir qoca yaxınlaşdı və əllərində tutduğu bir neçə kitabı ikiəlli mənə uzadıb ümidsiz halda “kitab almırsan?”- dedi. Açığı kitab almaq fikrim yox idi amma qocanın əlini boş qaytarmamaq və könlünü xoş etmək məqsədi ilə kitabların arasındakı üzərində eynəkli adam olan bu kitabı 15 manat 60 qəpiyə aldım. İndi oxuyuram ki, kitabı Amerikalı jurnalist Thomas Goltz 1992-ci ildə Azərbaycana səfər edib vətəninə qayıdandan sonra yazıb. Kitab ümumi olaraq ilk dəfə Xocalı və Kəlbəcər həqiqətlərini dünyaya çatdıran informasiyalardan bəhs edir. Ancaq kitabda Heydər Əliyev haqqında çox ciddi ittihamlar var.

Mən başa düşmürəm ki, Thomas bəyin ingilis dilində yazdığı bu kitabı Türk dilinə tərcümə edən “Teas press” Nəşriyyatı hansı ağılla bu kitabı çap edib Azərbaycanda satışa buraxıb? Ağılasığmaz faktlardan biri də budur ki, bu nəşriyyat FH naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsusdur. Yaxşı, əgər Azərbaycan xalqı 15 iyunu Milli Qurtuluş Günü bilirsə və Heydər Əliyevi özünə Ulu Öndər, Ümummilli lider hesab edirsə, bəs Tale Heydərov nə hesab edir, nə etmək istəyir, məqsədi nədi? Tutaq ki, Thomas bəyin bu kitabını türk və azərbaycan dilinə tərcümə etmək lazım idi, bu ölkədə bir nəfər redaktor tapılmadımı? Axı bizim redaktorlarımız hazırda qarnına döyə-döyə qalıb. Bir redaktor tutub bu kitabı oxutdura bilmirdimi Tale bəyimiz? Yoxsa elə məqsədi Heydər Əliyevi aşağılamaq idimi? İndi biz hansına inanaq; Kəmaləddin Heydərovun “Heydər xalqım deyəcək” mahnısına, yoxsa buna? Ümumiyyətlə, bu nəşriyyat kimə və nəyə xidmət edir?

“Azerbaycan günlüğü” adlı bu kitabın üz qabığı ilə yanaşı bircə səhifəsini paylaşmışam. Oxuduqca başqa səhifələrini də paylaşacam.

Qeyd: əgər həmişəki kimi hər gün bir neçə status paylaşmasam bilin ki, Fövqəladə Hallar Nazirliyinin padvalındayam”.

Xatırladaq ki, Thomas Goltzun müəllifi olduğu “Azərbaycan günlüyü” kitabı hazırda Türkiyənin məşhur saytları üzərində satışdadır.

https://www.dr.com.tr/Kitap/Azerbaycan-Gunlugu/Edebiyat/Dunya-Gunluk-Ani/urunno=0001752514001