“Şalke” klubunun ölü bilinən sabiq futbolçusunun sağ olduğu ortaya çıxdı

09:00 05-05-2020 407

Dörd il öncə öldüyü bilinən Almaniyanın “Şalke” klubunun sabiq futbolçusu Hianik Kambanın  yaşadığı ortaya çıxıb.

“Bild” xəbər verir ki, Manuel Noyerlə bir komandada oynamış idmançının 2016-cı ildə vəfat etdiyi barədə məlumat yayılıb.

Məlumatda futbolçunun vətəni Konqoda avtomobil qəzasına düşərək öldüyü bildirilirdi.

Lakin 33 yaşlı futbolçunun hal-hazırda Almaniyanın Rur bölgəsində yaşadığı ortaya çıxıb.

Ehtimala əsasən, H.Kamba sığorta ödənişlərini etməmək üçün ölümü haqqında qurama qurub.

Hal-hazırda Almaniya polisi futbolçunun həyat yoldaşı barədə araşdırma aparır.