Meksikada insanlara koronavirusdan ölməyi qadağan etdilər

03:40 06-05-2020 454

Meksikanın Sokonusko bələdiyyəsinin (Verakrus ştatı) icra başçısı Rolando Rolas yerli sakinlərə koronavirusdan ölməyi qadağan edib.

“Televisa” kanalı xəbər verir ki, müvafiq “qadağa” şəhərin mərkəzində yerləşdirilib.

Mətndə “Bələdiyyənin tapşırığına əsasən Sokonuskoda koronavirusdan ölmək qəti qadağandır” yazısını görmək olar.

Yeri gəlmişkən, 5,2 min nəfər əhaliyə sahib olan şəhərdə koronavirusa yoluxma halı təsbit edilməyib.