Təcili yardım işçilərinin geyimində biznesmeni qarət etdilər - VİDEO

07:20 08-05-2020 546

Rusiyada quldurlar təcili yardım işçilərinin geyimində biznesmeni qarət ediblər.

RT-nin məlumatına görə, hadisə paytaxt Moskvada qeydə alınıb.

Bildirilir ki, iki nəfər bir neçə həftə sahibkarı izləyiblər. Sonra binanın girişində iş adamına hücum ediblər, üzünə qaz balonu püskürərək başından vurublar, daha sonra isə pulla dolu çantasını alaraq qaçıblar.

Çantada 135 min dollar (təxminən 230 413 AZN - red.) və bir milyon rubl (təxminən 23 080 AZN - red.) pul olub.

Soyğunçulardan biri  Moskva, digəri İrkutsk şəhərində ələ keçib. Axtarış zamanı onların üzərindən odlu silah aşkarlanıb.

Hadisə ilə bağlı istintaqa başlanılıb.