COVID-19-a yoluxan xəstələrlə meyitlər bir yerdə saxlanılır - Xəstəxanadan dəhşətli VİDEO

00:00 09-05-2020 620

Sosial şəbəkələrdə koronaviruslu xəstələrin ölülərlə bir yerdə saxlanıldığını əks etdirən dəhşətli kadrlar yayılıb. REN TV-nin məlumatına görə, görüntülər Hindistandandır.

Videonu Hindistanın Maharaştra ştatından deputat Niteş Reyn özünün “Twitter” hesabında-  yayımlayıb.

“Buna necə yol vermək olardı… Rüsvayçılıqdır!”, - deyə o, statusunda bildirib.

Hospitaldan isə bildiriblər ki, COVID-19-dan ölənlərin qohumları onları xəstəxanadan götürmürlər.

Son məlumatlara görə, Hindistanda 56 516 nəfər koronavirusa yoluxub. İndiyə qədər 1 895 ölüm faktı qeydə alınıb, 16 867 nəfər isə bu xəstəliyə qalib gəlib.