Qonşu ölkədə televizor pultu silah hesab olunub

04:20 10-05-2020 402

Türkiyədə Ali Məhkəmə bir insanın başına vurulan və yaralanmasına səbəb olan televizor pultunun silah olduğunu bildirib.

“Anadolu” agentliyi xəbər verir ki, Əskişəhərdə yaşayan şəxs mübahisə əsnasında əlindəki televizor pultunu tanışına tərəf atıb.

Başından xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Məhkəmə zərərçəkənin şikayətçi olmadığına görə işə xitam verib.

Digər tərəfdən, Ali Məhkəmənin 3-cü Cinayət Palatası yerli məhkəmənin qərarını ləğv edib.

Palata televizor pultunu soyuq silah hesab edərək, şikayətin geri götürülməsi nəzərə alınmadan cəza verilməsinə qərar verib.