Yaşayış evindən öz-özünə çıxan yanğının səbəbi bəlli oldu - FOTO

08:00 10-05-2020 336

Türkiyənin Konya şəhərində yaşayış evində öz-özünə yanğınlar çıxması ilə bağlı xəbər vermişdik.

Sondakika.com məlumat verir ki, evdə çıxan yanğının səbəbi məlum olub.

Araşdırma zamanı üç yanğınla bağlı hesabat hazırlanıb.

Yanğınlardan birinin qəlyan kömüründən, digərinin də onun təsirindən yarandığı bildirilib. Üçüncü yanğının baş vermə səbəbi aydınlaşmayıb.

Ev sahibləri Xədicə Aslan və qızı Duha Aslan psixoloji müayinədən keçiriləcəklər.

X.Aslan deyib ki, bir il əvvəl qızını psixoloqa aparıb, həkim sadəcə yuxunun normallaşması üçün dərman yazaraq, qızın heç bir psixoloji problemi olmadığını bildirib.