Alimlərdən insanlara çağırış: qarışqa, cırcırama yeyin

00:18 16-07-2019 1337

Alimlər insanların niyə həşəratları yeməyə başlamalı olduqlarını izah ediblər.

“Frontiers in Nutrition” xəbər verir ki, dietoloqların sözlərinə görə, cırcırama, barama qurdu və qarışqaların vücudlarında böyük miqdarda antioksidant və digər faydalı maddələr var.

Alimlər deyiblər ki, bu amil həşəratların qidalı olduğunu göstərir, eləcə də, onları ətin faydalı əvəzləyəcisinə çevirir:

“Hamı çoxdan anlayıb ki, həşəratlar gələcəkdə bizim üçün əla zülal, mineral, vitamin və doymamış yağ turşuları mənbəyi olacaq.

Teramo Universitetinin alimi Mauro Serafini qeyd edib ki, həşəratlar antioksidantların olması baxımından fərqlənir:

“Belə ki, böyələr və əqrəblərdə insan orqanizminin hüceyrələrində təhlükəli reaksiyaları passivləşdirən maddələr, demək olar ki, yoxdur”.