Niyam Salami: “Karantində bir qəpiksiz qaldım” - VİDEO

15:00 10-05-2020 511

“Koronavirus başıma ağıl gətirdi. Bir də qələt edib, evin fonduna əl vuraram”.

HerGun.Az xəbər verir ki, bu sözləri müğənni Niyam Salami ARB TV-də yayımlanan “Söhbət var” axşam şousunda qonaq olarkən deyib.

Açıqlamaları ilə şou əhlinin yuxularını ərşə çəkən sənətçi karantin günlərində pulsuz qaldığını etiraf edib:

“Evdə bir qəpik pul saxlamadım. Evin fondundakı bütün pulları xərclədim. Pulları lentə aldığım mahnıların aranjemanlarına verdim. Təkcə buna da deyil, evin təmirinə və s. yerlərə xərclədim.

Kasıb dostlarım mənə yardım əlini uzatdılar. Çörəksiz qalmamışdım. Amma sönüb getmişdim. Özümə qapanmışdım. Mənə məhz onlar çətin günümdə dayaq çıxdılar”.

Rəşad Əliyev