ABŞ-da koronavirusdan ölənlərin sayı 80 mini keçdi, dünyada son vəziyyət - STATİSTİKA

19:00 10-05-2020 318

Dünyada 4 milyon 132 min 334 nəfər koronavirusa yoluxub.

Bu barədə HerGun.Az-ın  qeyd edilir.

Virusa yoluxanların 281 min 59 nəfəri ölüb, 1 milyon 455 min 141 nəfər isə sağalıb.

ABŞ dünya ölkələri arasında koronavirusa yoluxma (1 349 min 572 nəfər), ölüm (80 min 100 nəfər) və sağalma (238 min 81 nəfər) sayına görə liderliyini qoruyur.

Virusa yoluxma sayına görə ondan sonrakı yerlərdə 264 663 nəfərlə İspaniya, 218 268 nəfərlə İtaliya, 215 260 nəfərlə Böyük Britaniya, 209 688 nəfərlə Rusiya dayanır.

Türkiyə koronavirusa yoluxma sayına (137 115 nəfər) görə ölkələr arasında doqquzuncu, İran isə 10-cu sıradadır (107 603 nəfər).