“Formula 1” haqqında qərar verildi

05:20 11-05-2020 446

“Formula 1” iyulun 5-də Avstriyada başlayacaq.

Bu barədə “The Judge 13” portalı mənbəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu qərar Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən qəbul edilib və mayın 8-də bildiriş “Formula 1” rəhbərliyinə təqdim edilib.

Yarış iki mərhələdən ibarət olacaq. Birinci mərhələ iyulun 5-də, ikinci mərhələ isə iyulun 8 və 9-da baş tutacaq.

Bundan sonra iyulun 19 və 23-də Böyük Britaniyada iki mərhələdən ibarət yarış keçiriləcək.

Qeyd edək ki, koronavirus səbəbindən bu il baş tutmalı olan Bəhreyn, Vyetnam, Çin, Niderland, Azərbaycan və Kanada Qran-priləri təxirə salınıb, Avtraliya, Monako, İspaniya və Fransa mərhələləri isə ləğv edilib.