Kürdəmirdə hamilə qadın güllə yarası ilə xəstəxanalıq olub

22:20 11-05-2020 626

Kürdəmir rayonunda silahlı insident olub.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Sığırlı kəndində qeydə alınıb.

Belə ki, 20 yaşlı kənd sakini Mövlayeva Könül İbrahim qızı yaşadığı evin həyətində naməlum şəraitdə güllə yarası alıb.

Yaralı yaxınlıqdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Hazırda Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları hadisənin necə baş verməsi ilə bağlı araşdırma aparırlar.

Qeyd edək ki, güllə xəsarəti alan K.Mövlayeva iki aylıq hamilədir.