Bakıda qadın polisi bıçaqladı

14:00 12-05-2020 533

Bakıda qadın polis əməkdaşını bıçaqlayıb.

HerGun.Az-a hüquq-mühafizə orqanlarından daxil olan xəbərə görə, hadisə Yasamal rayonunda baş verib.

Mayın 10-da axşam saatlarında Mirəli Seyidov küçəsində üç gənc 1994-cü il təvəllüdlü paytaxt sakini Orxan Həsənova hücum edib. Təqsirləndirilən şəxslərdən biri onu çiynindən bıçaqlayıb. Sonra hücum edənlər zərərçəkənin 20 manat pulunu götürüb qaçıblar.

28-ci Polis Bölməsinin cinayət axtarış şöbəsinin müstəntiqləri şübhəli şəxsləri müəyyən ediblər. Bu şəxslərin 2002-ci il təvəllüdlü Zaur Abbasov, onun 2005-ci il təvəllüdlü qardaşı Yusif Abbasov və 2003-cü il təvəllüdlü Təbriz Yusubov olduqları dəqiqləşdirilib.

Z.Abbasov tutulanda anası M.Abbasova polis əməkdaşı Tərlan Yusifzadənin oğlunu polis bölməsinə aparmasına mane olmağa çalışıb. Bu zaman onun əlini bıçaqla yaralayıb.

Yara yüngül olduğuna görə əməliyyatçı tibbi yardıma müraciət etməyib.

Faktla bağlı araşdırma aparılır.

Ramella İbrahimxəlilova