30 saniyə ərzində koronavirusu aşkar edə bilən test ixtira olunub

11:00 13-05-2020 309

İranlı alimlər koronavirusu 30 saniyə ərzində müəyyən edə bilən test ixtira ediblər.

Xəbəri “Mehr” agentliyi yayıb.

İxtira xəstəliyin ilkin mərhələsi də daxil olmaqla, 30 saniyə ərzində insanın COVID-19 virusu daşıyıcısı olub-olmadığını müəyyən edə bilir.

İranın elm və texnika üzrə vitse-prezidenti Soren Səttari bildirib ki, test-sistem hələ sertifikatlaşdırılmayıb.