Rusiyanın ən zəngin şəxslərindən biri koronavirusa yoluxub? - YENİLƏNİB

14:00 13-05-2020 325

Rusiyalı milyarder German Xan COVID-19 virusuna yoluxması barədə yayılan məlumatı təkzib edib.

İş adamı bu haqda RBK-ya açıqlama verib.

G.Xanın sözlərinə görə, ondan götürülən koronavirus testi mənfi nəticələnib.

***

13:34

Rusiyalı milyarder, “Alfa-Group” konsorsiumunun sahibi German Xan COVID-19-a yoluxub.

REN TV xəbər verir ki, milyarderin koronavirusa yoluxduğu mayın 10-da məlum olub.

Həkimlər testin nəticələrindən xəbərdar olan kimi, oliqarxın Moskva şəhərində yerləşən iqamətgahına yollansalar da, G.Xanı evdə tapmayıblar.

Qeyd edək ki, “Forbes” jurnalının məlumatına görə, German Xanın sərvəti 9,5 milyard dollar həcmində qiymətləndirilir.