Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

18:20 13-05-2020 417

“Girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhətilə bağlı məsələlərin diqqətdə saxlanılması Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə həyata keçirilir”.

HerGun.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, pandemiya səbəbindən “hamının hamıya” prinsipinin tətbiq edilməsinə çalışılır:

“Bu xüsusda danışıqları daha da sıxlaşdırmışıq ki, həmvətənlərimizin dəyişdirilməsinə nail olaq”.

İlhamə Əbülfət