Pandemiya da onların qarşısını kəsə bilmədi – VİDEO

02:40 14-05-2020 425

Dünyada tüğyan edən koronavirus pandemiyası ilə əlaqədar bir sıra müəssisələr, parklar, əyləncə mərkəzləri və s. yerlər bağlanılıb, insanlar özünütəcrid rejiminə riayət etmək məcburiyyətində qalıblar.

Lakin ABŞ-da zooparklardan birində həm müəssisəni işlətmək, həm də insanların həyatına bir az rəng qatmaq üçün qeyri-adi üsuldan istifadə ediblər. Belə ki, hər kəsin öz avtomobilində olması şərtilə müəssisəyə ekskursiyalar davam etdirilir. Bütün park boyunca avto-bələdçilər ziyarətçiləri müşayiət edir.