Bu dövlət Qəzzada evlənmək istəyən gənclərə kömək edəcək

04:20 14-05-2020 309

Qətər dövlətinin Yenidənqurma Komitəsi Qəzzada evlənmək istəyən yoxsul gənclərə yardım edəcək.

“Anadolu” agentliyi xəbər verir ki, Komitə sədri Məhəmməd əl-İmadi bu barədə yazılı açıqlama verib.

Komitə evlənmək istəyən yoxsul gənclərə ümumilikdə iki milyon ABŞ dolları (3 400 000 AZN) məbləğində yardım ayrıldığını bildirib.

İmadi Qəzzadakı Gənclər və İdman Nazirliyi ilə razılaşdırılaraq müəyyən edilən meyarlara əsasən seçilən 500 gəncin hər birinə 4 000 dollar (6 800 AZN) hədiyyə hazırlıqlarına başlandığını qeyd edib.

Xatırladaq ki, İsrail təxminən iki milyon fələstinlinin yaşadığı Qəzza zolağını 2006-cı ildən bəri quru, dəniz və hava mühasirəsində saxlayır. 13 ildir ki, Qəzza əhalisi iqtisadiyyat, səhiyyə və təhsil kimi bir çox sahədə imkanların məhdud olması səbəbindən çətinliklər yaşayır.