53 yaşlı Tayson: “Qayıdıram!” - VİDEO

08:40 14-05-2020 474

Peşəkar boks üzrə ağır çəkidə sabiq dünya çempionu Mayk Tayson bokssevərləri həyəcanlandırıb.

HerGun.Az xəbər verir ki, 53 yaşlı veteran idmançı məşq videosunu “Instagram”da paylaşıb.

Yeddi milyondan çox insan tərəfindən izlənən videonun sonunda Tayson “Qayıdıram!” deməklə bokssevərlərdə sual formalaşdırıb.

O bu postda “Ağıllı olsanız, hər şey mümkündür. Daha ağıllı məşq edin. Daha ağıllı bərpa olun” sözlərini yazıb. Lakin bunun onun karyerasını bərpa etməklə əlaqədar olmadığı, “Smart Cups” adlı içkinin reklam çarxı olacağı güman edilir.

Qeyd edək ki,  Mayk Tayson indiyədək 58 döyüş keçirib. O bunlardan 50-də (44-ü nokaut olmaqla) qalib gəlib, altısında uduzub. İki döyüş isə baş tutmamış sayılıb. Onun son döyüşü 2005-ci ilin iyunun 11-də irlandiyalı Kevin MakBrayda qarşı olub. Həmin döyüşdə Tayson yeddinci raundda uduzacağını bildiyindən, döyüşməkdən imtina edib.

Səbuhi Musayev