“Faytonçu” Nazim: Kişi bir dəfə evlənər, boşanmaz - VİDEO

19:36 15-06-2019 786

Mənə görə, kişi seçimini bir dəfə edər, ölənə kimi bir qadınla yaşayar. Oğluma da deyirəm; seçimini elə et ki, sonra peşman olma.

Bu sözləri “Faytonçu” ləqəbi ilə tanınan müğənni Nazim Pişyari ARB TV-də dilə gətirib.

Nazim boşanıb ikinci dəfə evlənən kişiləri qınayıb:

“Vay o kişinin halına ki, evlənib boşanır. Yorulmadın camaatın qızlarını bədbəxt etməkdən? Evlənməzdən əvvəl həyat yoldaşıma dedim ki, mən cürəm. Ona görə də 30 ildir dözür. Dözməyən, müğənniyə ərə getməsin. Sənətçiyə mesaj da, zəng də gələr, şantaj da edilər. Ailəni işə qatmaq olmaz”.

Nazimin qalmaqallı müsahibəsi sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.

Rəşad Əliyev