Karatedə gözlənilməz qərar: Builki dünya çempionatı erkən tarixə keçirildi

23:40 14-05-2020 417

Karate üzrə dünya çempionatının vaxtı erkən tarixə keçirilib.

HerGun.Az xəbər verir ki, bu haqda qərar Ümumdünya Karate Federasiyasının İdarə Heyətinin videokonfransı zamanı qəbul edilib.

Belə ki, bu il BƏƏ-nin Dubay şəhərində 17-22 noyabr tarixlərində keçirilməli olan dünya birinciliyinin 7-12 noyabrda baş tutması qərarı verilib.

Həmçinin yeniyetmələrin, gənclərin və 21 yaşadək karateçilərin dünya çempionatının 2021-ci ildə CAR-ın Keyptaun şəhərində keçirilməsi dəqiqləşib.

Səbuhi Musayev