Səfirlik Polşada qalmış Azərbaycan vətəndaşlarına müraciət edib

00:20 15-05-2020 424

Azərbaycan Respublikasının Polşadakı səfirliyi bu ölkədə yaşayan vətəndaşlara müraciət edib.

Müraciətdə bildirilib ki, qlobal pandemiya dövründə Polşa ərazisindəki Azərbaycan vətəndaşlarının etibarlılıq müddəti bitmiş və bitməkdə olan pasportlarının yenisi ilə əvəz edilməsində qarşılaşdıqları çətinlikləri nəzərə alaraq aşağıdakı məlumatları vətəndaşların diqqətinə çatdırılıb:

“Polşa ərazisindəki Azərbaycan vətənadşlarının qanunsuz miqrant statusuna düşməmələri və fəaliyyətlərinin hüquqi tənzimlənməsi üçün etibarlılıq müddəti 1 yanvar 2020-ci il tarixindən etibarən bitmiş və ya bitəcək olan ümumvətəndaş pasportlarının etibarlılıq müddəti 31 dekabr 2020-ci il tarixinədək uzadılmış hesab edilir.

Polşada pasportlarının etibarlılıq müddəti bitmiş Azərbaycan vətəndaşları Vətənə qayıtmaq istədikləri təqdirdə Səfirlik tərəfindən qayıdış şəhadətnaməsi ilə təmin olunacaqlar”.