Humanizasiyaya məruz qalan siçanlarla bağlı Putinin qəribə reaksiyası - VİDEO

08:00 15-05-2020 410

Rusiya Prezidenti Vladimir Putinin genlərinin yarısı insan genləri ilə əvəzlənən siçanlar barədə eşitdiklərinə reaksiyası gülüşlə qarşılanıb.

“LifeShot”un məlumatına görə, hadisə koronavirus pandemiyası ilə bağlı ölkədə görülən işlər barədə Molekulyar Biologiya İnstitununu direktoru ilə videokonfrans zamanı baş verib.

Belə ki, laborator siçanların humanizasiyası barədə mülahizələrə qulaq asan RF dövlət başçısı özünü saxlaya bilməyib və zarafatla deyib:

“Bu barədə eşidəndə daxili həyəcan keçirdim. Genetik mühəndislik fantaziyaları bu humanistləşmiş siçanların ən müxtəlif obrazlarını yaradır. Ümidvaram ki, hər şey nəzarət altında olacaq”.

Onun bu sözləri konfrans iştirakçıları tərəfindən gülüşlə qarşılanıb.