Baltikyanı ölkələrin əhalisi üçün “yaşıl dəhliz” açıldı

05:00 16-05-2020 450

Üç Baltikyanı ölkə əhalisi üçün “yaşıl dəhliz” açılıb.

Bu barədə TASS xəbər yayıb.

Martın 17-də Baltikyanı ölkələrdə tətbiq olunan iki aylıq moratoriumdan sonra, cümə günündən etibarən Baltikyanı ölkələrdə Latviya prezidenti Egils Levitsin ifadəsinə görə, “kiçik Şengen” yenidən qurulur.

Latviya, Litva və Estoniya vətəndaşları üçün vizasız səfərlər davam edəcək.

Latviya Nazirlər Kabineti üç dövlət arasında beynəlxalq sərnişin daşımalarını bərpa etmək qərarını təsdiqləyib.

Litvanın Baş naziri Saulius Skvernyalis bu gün yayılan video mesajında üç Baltikyanı dövlətin COVID-19 virusunun ilk dalğasına nəzarəti ələ keçirdiyini və Avropa Birliyində vətəndaşları üçün sərhədləri açan ilk dövlətlər olduğunu iddia edib:

“Bununla birlikdə, ayıq olmağa davam edəcəyik, Latviya, Litva və Estoniya məkanını məsuliyyətlə qoruyacağıq”.

Qərb mənbələrinə görə, Finlandiya və Polşa yaxın gələcəkdə Avropanın şimal-qərbində “turist körpüsü”nə qoşula bilər.

Lakin Aİ-nin koronavirusdan ən çox təsirlənən ölkələrindən biri olan İtaliya yaşıl dəhlizlər yaratmaq təcrübəsinin yayılması halında Avropa İttifaqını təşkilatdan çıxacağı ilə təhdid edib.