Əlavə pul ödəmədən “biznes klas”da necə uçmaq olar?

05:20 16-05-2020 584

“Skyscanner” onlayn bilet satışı xidmətinin mütəxəssisləri təyyarələrin “biznes-klas” hissəsinə biletin asanlıqla əldə edilməsi qaydasını açıqlayıblar.

Bu barədə “Daily Express” xəbər yayıb.

Şirkətin inkişaf məsələləri üzrə meneceri Layn Yunik bildirib ki, bank işçilərinin və digər biznes səyahətçilərinin tətil günlərində keyfiyyətli yerə bilet almaq şansı yüksəkdir.

Belə ki, “biznes-klas”da yerlər boş olacaq və onlardan bəziləri “ekonom-klas”da oturan turistlərə təklif ediləcək.

Eyni zamanda, bu cür bonuslar sərnişin davamlı olaraq eyni aviaşirkətdən bilet aldığı vaxt da mümkündür.

L.Yunik daimi müştərilərin güzəştlərdən ilk dəyərlənən şəxslər olduğunu bildirib.

O, bununla yanaşı, aeroporta tez gəlməyi tövsiyə edib:

“Əgər siz hamıdan əvvəl gəlsəniz, kim bilir, bəlkə də, “biznes-klas”da boş yer tapa biləcəksiniz”.