Gülben Ergen “YouTube” kanalı açdı - FOTO

01:40 17-05-2020 526

Türkiyənin tanınmış müğənnisi Gülben Ergen “YouTube” kanalı açıb.

HerGun.Az xəbər verir ki, koronavirusa görə vaxtını evdə uşaqları ilə keçirən sənətçi yeni layihə ilə izləyicilərini sevindirib.

Ergen qadın izləyicilərinin istəyinə əsasən, dəriyə təbii qulluq, kitab, moda kimi mövzularla bağlı evdə videolar çəkməyə başlayıb.

O, yeni kanalının tanıtımı üçün evində pozalar verərək, fotolar çəkdirib.