Boksun əfsanələri rinqə qayıdacaqlar: Danışıqlar gedir

02:00 18-05-2020 403

Məşhur peşəkar boksçular Evander Holifild və Mayk Taysonun yenidən rinqə qayıdacağı haqqında xəbərlər dolaşır. 

TASS-ın məlumatına görə, ABŞ-ın iki rinq ulduzu arasında ağır çəkidə üçüncü döyüş baş tuta bilər. Məlumatı Holifild “The 3 Point Conversion” “YouTube” kanalına müsahibəsində təsdiqləyib.

İdmançı deyib ki, hələlik tərəflər arasında dəqiq razılığa gəlinməyib. Lakin bu barədə danışıqlar gedir.

Qeyd edək ki, boksçular arasında bundan əvvəlki görüşlərin hər ikisi Holifildin qələbəsi ilə sona çatıb.