Koronavirus peyvəndinin insanlar üzərində sınağı uğurlu olub

10:00 19-05-2020 327

ABŞ-ın biotexnologiya şirkəti olan “Moderna” koronavirus peyvəndinin insanlar üzərində klinik sınaqlarının ilk mərhələsinin müvəffəqiyyətlə başa çatdığını elan edib.

Bu barədə “Reuters” xəbər yayıb.

Dərman aprel ayında bir qrup könüllü üzərində sınaqdan keçirilməyə başlanılıb. Nəticədə, “mRNA-1273” peyvəndinin vurulmasından sonra test iştirakçılarında antikorların miqdarı dərman dozasından asılı olaraq fərqli nəticələr verib.

Test iştirakçıları bir neçə qrupa ayrılıb və onlara müxtəlif dozada peyvənd tətbiq edilib. Daha az doza verilənlər COVID-19-dan sağalanlarla eyni miqdarda antikor istehsal edib.

Böyük dozada peyvənd qəbul edənlər isə koronavirusdan sağalmış xəstələrə nisbətən daha çox antikor istehsal edib.