Erməni jurnalistdən iddia: “Dinamo”da üç futbolçu koronavirusa yoluxub”

11:20 19-05-2020 498

Moskvanın “Dinamo” klubunun üç futbolçusunda COVID-19 virusunun aşkar olunduğu barədə xəbər yayılıb. 

Bu barədə Rusiyada yaşayan erməni jurnalist Nobel Arustamyan öz “Telegram” kanalında məlumat verib.

“Adları çəkməyi məqbul saymıram. Klubdan rəsmi məlumat gözləyirik”, - deyə jurnalist qeyd edib.