Su tornadosu insanların marağına səbəb oldu - VİDEO

04:40 20-05-2020 508

ABŞ-ın Texas ştatında yerləşən Rayt Patman gölündə meydana gələn su tornadosu ətrafda yaşayan sakinlərin marağına səbəb olub.

“İhlas Haber Ajansı”nın (İHA) məlumatına görə, ərazidə yaşayanlar qeyri-adi təbiət hadisəsini telefonlarına çəkərək ictimailəşdiriblər.

Qeyd edək ki, su hövzəsinin üzərində meydana gələn hava burulğanı suyu arxasınca çəkərək tornado effekti yaradır.