Bakıda 37 yaşlı kişi borc üstündə bıçaqlandı

03:20 21-05-2020 714

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Məmmədov Ramin Tapdıq oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bel və budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və cərrahi əməliyyat edilib.

Məlumata görə, hadisə borc üstündə olub.