70 yaşlı SSRİ Xalq artisti dəbdəbəli villasında yeni görünüşü ilə məəttəl qoydu - VİDEO

12:00 21-05-2020 595

SSRİ Xalq artisti, Rusiya estradasının divası Alla Puqaçovanın sosial mediada paylaşılan yeni görüntüləri izləyiciləri heyrətləndirib.

HerGun.Az xəbər verir ki, illərə meydan oxuyan 70 yaşlı sənətkar idman tərzində həyat yoldaşı Maksim Qalkinin telefonunun kamerası önünə keçib.

Karantini ailəsi ilə birgə dəbdəbəli villasında keçirən A.Puqaçova qıvraqlığı və gənc qızlara göz dağı verən imici ilə izləyicilərini heyran qoyub.

M.Qalkinin 7,7 milyonluq “Instagram” hesabında bölüşdüyü videoya 16 saat ərzində üç milyona yaxın baxış, 21 mindən çox rəy gəlib.

Sosial media əhli Allanın yeni tərzini və gənc obrazını tərifləyiblər.

Qeyd edək ki, Alla Puqaçova təravətli qalmaq üçün bir müddət öncə üzündə cavanlaşdırıcı plastik əməliyyatlar keçirib. 

Rəşad Əliyev