Yunanıstan koronavirusun köməyi ilə qaçqınlardan xilas oldu

05:00 22-05-2020 402

Yunanıstan koronavirus pandemiyasının yaratdığı vəziyyətin köməyi ilə ərazisindəki qaçqınları Türkiyəyə göndərib.

Bu barədə “The Wall Street Journal” xəbər verir.

Yunanıstan polisinin COVID-19-la mübarizə bəhanəsi ilə qaçqınları Türkiyəyə qovduğu bildirilir. “Border Violence Observation Network” insan haqları təşkilatının məlumatına görə, mart ayının sonundan bu günə qədər azı 250 qaçqın Yunanıstandan çıxmaq məcburiyyətində qalıb. Bu siyahıda artıq sığınacaq üçün müraciət edənlər də yer alıb.

Hüquq müdafiəçiləri hesab edirlər ki, Türkiyəyə deportasiya olunan qaçqınların sayı göstəriləndən çoxdur. Eyni zamanda, Yunanıstan hökumətindəki səlahiyyətlilər məhkəmə qərarı olmadan deportasiya ilə bağlı bütün məlumatları təkzib edirlər.