EYOF üçün Bakıya gələcək ilk ölkənin adı açıqlandı

18:27 16-07-2019 595

Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalı (EYOF) üçün Bakıya gələcək ilk olimpiya komandasının adına aydınlıq gəlib.

Bunu HerGun.Az-a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.

S.Məmmədova bildirib ki, Bakıdakı Atletlər kəndi iyulun 18-dən etibarən qonaq komandalar üçün açıq olacaq:

“Ölkəmizə ilk gələn komandanın İspaniya olacağı bəllidir. Ümumilikdə bu yarış üçün 946 medal hazırlanıb. Bunlardan 300-ü qızıl, 300-ü gümüş, 346-sı isə bürüncdür.

Bildiyiniz kimi, basketbol, voleybol, həndbol kimi komanda yarışlarında qaliblərə bir yox, bir neçə medal veriləcək. Amma medal dəsti 135-dir”.

Qeyd edək ki, XV Avropa Gənclər Olimpiya Festivalı iyulun 21-də başlayacaq və 27-də başa çatacaq.

Səbuhi Musayev