12 gün ərdə olan “Playboy” ulduzu “18+” kateqoriyalı saytda aparıcılıq edəcək

15:00 22-05-2020 507

Fevral ayında 12 gün ərdə olub qalmaqallı şəkildə boşanan “Playboy” ulduzu Pamela Anderson “18+” kateqoriyalı saytın kreativ rəhbəri təyin olunub.

HerGun.Az xəbər verir ki, 52 yaşlı aktrisa sözügedən saytda cinsi münasibətlər sahəsində müzakirələr aparacaq.

“İnsanları bir araya gətirmək üçün və mütəxəssislərlə hər hansı mövzuda müzakirələrin aparıla biləcəyi platformanın təqdim edilməsi ideyası xoşuma gəlir. Birbaşa ünsiyyət sosial medianın yeni səviyyəsidir”, – deyə P.Anderson “Good Morning America”ya müsahibəsində bildirib.

Qeyd edək ki, Pamela Anderson 1992-ci ildə “Malibunun xilasediciləri” serialında əsas rollardan birini ifa edib. Bundan sonra o, ABŞ-ın seks-simvoluna çevrilib.

Rəşad Əliyev