Mingəçevirdə civə satışı ilə məşğul olan şəxs tutulub - FOTO

10:00 23-05-2020 768

Mingəçevir Şəhər Polis Şöbəsi (ŞPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində şəhər ərazisində civə satışı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayonunun sakini, 60 yaşlı Nizami Sadıqov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

N.Sadıqovun üzərində axtarış zamanı ondan iki ədəd şüşə ampulada zəhərli maddə hesab edilən civə aşkar edilərək götürülüb. Saxlanılan şəxs əməlini etiraf edərək, civəni satmaq məqsədilə üzərində gəzdirdiyini bildirib.

Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.

Qeyd edək ki, civə güclü təsir edən və zəhərli maddələr kimi təsnif edilir. Cinayət Məcəlləsinin 240-cı maddəsinə əsasən, civə və bu qəbildən olan digər maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi cinayət məsuliyyətinə səbəb olur.