Boris Consonun koronavirusa yoluxan müşaviri ölkənin yarısını dolaşdı

11:00 23-05-2020 420

Böyük Britaniyanın Baş naziri Boris Consonun müşaviri Dominik Kamminqs koronavirus infeksiyası simptomları ortaya çıxdıqdan sonra valideynlərini ziyarət edib.

Bu barədə Britaniyanın “Guardian” və “Mirror” nəşrləri məlumat yayıb.

Bildirilir ki, 48 yaşlı D.Kamminqs 400 kilometrdən çox məsafə qət edib.

Onda yoluxma simptomları martın 29-da, Consonun virusa yoluxmasından təxminən bir gün sonra ortaya çıxıb.

Məlumatların yayılması D.Kamminqsi çətin vəziyyətə sala bilər. Hadisə ilə bağlı jurnalistlərin suallarına cavab verilməyib.

Qeyd edək ki, daha əvvəl Britaniyada bir neçə nüfuzlu şəxs təcrid qaydalarını pozduqları məlum olduqdan sonra istefa verməyə məcbur olublar.